...

"SOROS" Fondunun Bakı ofisinin qarşısında partlayış baş verib (video)

Hadisə Materials 18 İyun 2008 13:57 (UTC +04:00)
"SOROS" Fondunun Bakı ofisinin qarşısında partlayış baş verib (video)

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir K.Zərbalıyeva/ Bakının Nərimanov rayonu ərazisində yerləşən "SOROS" Fondunun Bakı ofisinin qarşısında "AzSamand" markalı taksi partlayıb.

Güclü partlayış zamanı "SOROS" Fondunun Bakı ofisinin birinci mərtəbəsinin şüşələri sınıb, giriş qapısı dağılıb. Hadisə zamanı birinci mərtəbədə heç kəs olmadığından xəsarət alan olmayıb.

"SOROS" Fondunun Bakı ofisindən verilən məlumata görə, taksi sürücüsü ağır bədən xəsarəti ilə xəstəxanaya aparılıb.

İlkin ehtimala görə, hadisəyə avtomobildəki qaz balonundakı partlayış səbəb olub.

Nərimanov rayon prokurorluğundan bildirilib ki, hazırda hadisə yerində araşdırma aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti