...

Azərbaycan Ordusunun zabiti əsgəri tərəfindən öldürülüb

Hadisə Materials 1 Avqust 2008 16:08 (UTC +04:00)
Azərbaycan Ordusunun zabiti əsgəri tərəfindən öldürülüb

Azərbaycan, Bakı, 01 avqust / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Ordusunun zabiti əsgəri tərəfindən öldürülüb.

Gəncə hərbi prokuroru Namiq Muradov cümə günü Trend -a bildirib ki, iyulun 28-də Xanlardakı N saylı hərbi hissənin əsgəri, Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış 20 yaşlı Faiq Sərkərov, gizir, Yardımlı rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış 20 yaşlı Asif Tərlanova xidməti silahı ilə atəş açaraq qətlə yetirib.

Sərkərov həbs olunub və barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120) maddəsi ilə cinayət işi açılıb.

Prokuror istintaq sirri olduğundan hadisənin təfərrüatları barədə məlumat verməyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə məlumatı təkzib ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti