...

Türkiyədə növbəti terrorçu qrup zərərsizləşdirilib

Hadisə Materials 4 Avqust 2008 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 avqust / Trend , müxbir S.İlhamqızı/ Türkiyənin cənub-şərqində keçirilən hərbi əməliyyatlar nəticəsində 8 terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyənin "Cihan" Xəbər Agentliyi məlumat yayıb.

Avqustun 1-də Şırnak bölgəsində terrorçular tərəfindən açılan atəş nəticəsində 5 nəfər meşəbəyi həlak olmuş, beş nəfər isə yaralanmışdı. Bundan sonra təhlükəsizlik qüvvələri tərəfindən ərazidə başlanılan əməliyyat tədbirləri nəticəsində, 28 iyul-3 avqust tarixlərində 10 terrorçu öldürülüb, 11 nəfər ələ keçirilib, 1 terrorçu isə könüllü təslim olub.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti