Azərbaycan, Baki, 19 avqust / Trend , müxbir S.Kazımlı/ Bakının Əzizbəyov rayonunda 7 yaşlı uşaq dənizdə boğularaq ölüb. Əzizbəyov rayon Polis İdarəsinin 2-ci polis bölməsindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, avqustun 18-də saat 13 radələrində Binə qəsəbəsinin sakini Pərviz Səlimov Zuğulba qəsəbəsindəki çimərlikdə dənizdə çimərkən boğularaq ölüb.
Faktla bağlı Əzizbəyov rayon Prokurorluğunda araşdırma aparılır