...

Bakının Əbu Bəkr məscidindəki partlayışda əli olduğu güman edilən Rəsulov Emin Aydın oğlu saxlanılıb

Hadisə Materials 20 Avqust 2008 20:02 (UTC +04:00)
Bakının Əbu Bəkr məscidindəki partlayışda əli olduğu güman edilən Rəsulov Emin Aydın oğlu saxlanılıb

Azərbaycan, Bakı, 20 avqust/ /Astara şəhər sakini. 1986 - cı il təvəllüdlü Rəsulov Emin Aydın oğlu Bakının Əbu Bəkr məscidindəbaş vermiş partlayış faktında əli olması ilə əlaqədar şübhəli qismində saxlanılıb. Bu barədə Şəhər Prokurorluğunun məlumatında bildirilir. Bu hadisə ilə əlaqədar aparılan istintaqın gedişində Rəsulovun kirayə qaldığı mənzildə milli və dini nifrət təbliğ edən ədəbiyyət aşkarlanıb. Bunun nəticəsində, Azərbaycanın Cinayət Məcəlləsinin 283.1 maddəsinə (milli, irqi və ya dini düşmənçiliyin təhriki) əsasən, onun saxlanılması barədə qərar qəbul edilib. Hazırda istintaq Rəsulovun Əbu Bəkr məscidində iki əl qumbarasının partladılmasında bilavasitə iştirakını dəqiqləşdirir.

Avqustun 17-də, saat 20.50 radələrində Bakıda, Ü. Bünyadzadə küçəsində yerləşən Əbu Bəkr məscidində partlayış olub.

Naməlum şəxs məscidin pəncərə şüşəsini daşla sındıraraq, iki ədəd RQD-1 əl qumbarasını məscidə atıb.

Rəsmi məlumata görə, hadisə zamanı 2 nəfərin öldüyü, 11 nəfərin xəsarət aldığı bildirilir. Qeyri-rəsmi mənbələr isə, 3 nəfərin öldüyünü deyir.

Əbu Bəkir məscidində, əsasən, vəhhabilər ibadət edirlər. Bu il Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məsciddə əməliyyat keçirmiş və nəticədə yayılması qadağan olunan dini kitablar müsadirə olunmuşdu.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti