...

Azərbaycanın şimalında azyaşlı uşağın ölümü ilə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 27 Avqust 2008 11:30 (UTC +04:00)

Azərbaycan, Xaçmaz, 27 avqust / Trend , müxbir A.Qafarov/ Azərbaycanın şimalında yerləşən (paytaxt Bakıdan 170 kilometr aralıda) Quba rayonunda dünən azyaşlı uşağın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Trend -un bölgə müxbirinin məlumatına görə, hadisə avqustun 26-da saat 18:00 radələrində rayonun Qaraçay kəndi ərazisində qeydə alınıb. Quba şəhər sakini 27 yaşlı Fəxrəddin Ramazanov idarə etdiyi "Ford Tranzit" markalı 10 AJ 029 dövlət nömrə nişanlı avtomaşınla yolu keçmək istəyən 6 yaşlı piyadanı vurub.

Nəticədə Quba rayonunun Qaraçay kənd sakini Aynur Məmmədrzayeva ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstaxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, 6 yaşlı Məmmədrzayevanın həyatını xilas etmək mümkün olmayıb.

Quba rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Əvəzağa Məmmədovun Trend -a verdiyi məlumata görə, faktla bağlı Quba rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma (263.2-ci) maddəsi ilə cinayət işi qaldırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti