...

Azərbaycanın şimal bölgəsində silahlı insident zamanı öldürülən Daxili Qoşunların əsgəri olub (yenilənib)

Hadisə Materials 30 Avqust 2008 15:18 (UTC +04:00)
Azərbaycanın şimal bölgəsində silahlı insident zamanı öldürülən Daxili Qoşunların əsgəri olub (yenilənib)

Azərbaycan, Bakı, 30 avqust / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın şimal bölgəsində yerləşən (paytaxt Bakıdan 220 km aralıda) Qusar rayonu ərazisində sələfilərə (vəhabilər) qarşı rayonun hüquq-mühafizə orqanları əməliyyat keçiriblər.

Trend -un bölgə müxbirinin rayonun hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən verdiyi məlumata görə, Qusarın Dağıstanla həmsərhəd Həzrə kəndi yaxınlığında Azərbaycana qanunsuz keçmək istəyən vəhabilərlə sərhədçilər arasında silahlı insident olub.

Qusar rayon prokuroru Vamiq Əsədov Trend -a bildirib ki, hadisə zamanı Daxili Qoşunların bir əsgəri öldürülüb.

Prokuror hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat verməyib. O, hadisənin kim tərəfindən törədildiyinin məlum olmadığını, hadisəni törədən şəxsin qaçdığını deyib.

Daxili Qoşunların mətbuat xidmətindən həmin ərazidə əməliyyat keçirildiyi təsdiqlənib. Lakin hadisə ilə bağlı məlumat verilməyib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri hadisə yerindədirlər.

Məlumata görə, kəndə giriş-çıxış bağlanıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti