...

Bakıda 15 yaşlı qız itkin düşüb

Hadisə Materials 4 Sentyabr 2008 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir S.Kazımlı/ Bakının Yasamal rayonunda 15 yaşlı qız itkin düşüb.

Yasamal rayon Polis İdarəsinin (RPİ) 29 -cu polis bölməsindən cümə axşamı Trend -a verilən məlumat görə, avqustun 31- də Yevlax rayon sakini Vəfa Tanrıverdi qızı Şərifova Şamaxinka deyilən ərazidə itkin düşüb.

Polis bölməsindən bildiriblər ki, onun tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Yasamal RPİ-nin 29-cu polis bölməsində araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti