...

Azərbaycanda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 8 Sentyabr 2008 22:51 (UTC +04:00)

Azərbaycan, Bərdə, 08 sentyabr / Trend , müxbir Ş.Cəliloğlu / Bazar ertəsi axşam Bərdənin Mehdili kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. VAZ 2107 markalı avtomobillə QAZ 3110markalı avtomobil toqquşub. Nəticədə üç nəfər ölüb, beş nəfər yaralanıb.

Hadisə zamanı "Jiquli" markalı avtomaşının sürücüsü və bir sərnişini həmçinin "volqa"nın sürücüsü həlak olublar. Yaralanlar Bərdə rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralanların hamısının vəziyyəti ağır kimi giymətləndirilir.

Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verməsi bilinmir, aparılın araşdırmalardan sonra dəqiq məlum olaçaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti