...

Boeing-737- nin qəzası zamanı səkkiz Azərbaycan vətəndaşı həlak olub (Yenilənib - 2 - Lyudmila Yuqasın Ukrayna vətəndaşı olduğu məlum olub)

Hadisə Materials 14 Sentyabr 2008 13:24 (UTC +04:00)
Boeing-737- nin qəzası zamanı səkkiz Azərbaycan vətəndaşı həlak olub (Yenilənib - 2 - Lyudmila Yuqasın Ukrayna vətəndaşı olduğu məlum olub)

Rusiya, Moskva, 14 sentyabr / Trend , müxbir R. Ağayev/ "Aeroflot"un mətbuat xidmətindən öncə verilən məlumata görə, Moskva - Perm reysi üzrə uçan və qəzaya uğrayan Boeing-737 - 500 təyyarəsində həlak olan 08-12-1957-ci il təvəllüdlü Lyudmila Yuqasın azərbaycanlı deyil, Ukrayna vətəndaşı olduğu meydana çıxıb. Bu barədə Trend - a Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin konsulluq şöbəsinin, hazırda bilavasitə "Şeremetyeva-1" aeroportundakı Böhran Qərərgahında işləyən nümayəndəsi bildirib.

"Aeroflot"un məlumatına görə, səkkiz azərbaycanlının hər biri qeydiyyatdan keçib və təyyarəyə minib. "Aeroflot"dan bildiriblər ki, qeydiyyatdan keçməyən üç nəfər arasında azərbaycanlı yoxdur.

Həlak olanların arasında 8 azərbaycanlı var (RF FHN - nin məlumatına əsasən):

Abdullayev Rafiq 20.06.60.

Əzizov Məmmədəli 14.03.58.

Bədirov Ənvər 26.12.51.

Cəlalov Akif 18.09.49.

Mirzəyeva Nuridə 10.01.86.

Osmanov Tağı 09.06.94.

Səfiyev İsmayıl 13.02.76.

Şabanov Aqil 02.01.67.

"Moskva-Perm" 821 reysi "Aeroflot" şirkətinin törəmə müəssisəsi olan "Agroflot Nord" avia şirkəti tərəfindən həyata keçirilib. Təyyarə paytaxtdan Moskva vaxtı ilə saat 01:10-da havaya qalxıb və iki saatdan sonra yerə enmə zamanı, 1 500 metr hündürlükdə onunla əlaqə kəsilib. FHN-nin məlumatına görə, təyyarə düşən zaman yerə dəyib və yanmağa başlayıb. Boeing-737 təyyarəsi dəmir yolu üzərinə düşüb. Təyyarənin qalıqları 4 km radiusunda yayılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti