...

Bakıda ruhi xəstə intihar edib

Hadisə Materials 18 Sentyabr 2008 17:36

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18, sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Nizami rayonunda ruhi xəstə intihar edib.

Nizami rayon Prokurorluğundan cümə axşamı Trend -a verilən məlumata görə, sentyabrın 17-də saat 15:00 radələrində Naxçıvanski küçəsi, ev 104, mənzil 38 - ünvanında yaşayan 1989 -cu il təvəllüdlü Cavid Qədir oğlu Abdullayev yaşadığı mənzildə özünü asaraq intihar edib.

Mərhumun ruhi xəstə olduğu və bu səbəbdən də intihar etdiyi bildirilir.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti