...

Bakıda saxta sənədlər satan şəxs tutulub

Hadisə Materials 23 Sentyabr 2008 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir S.Kazımlı / Bakıda saxta sənəd satarkən Füzuli rayonunun sakini Kərəm Əliyev tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, sentyabrın 22 -də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhəri M. Rüstəmov küçəsində yaəayan Füzuli rayonunun sakini Kərəm Əliyev 5 il stajı olan əmək kitabçasını, habelə İsrafil Həmzəyevin adına orta məktəbi bitirməsi haqqında saxtalaşdırılmış attestatı Mərdəkan qəsəbə sakini Elqar Axundova, müvafiq olaraq, 200 və 1000 manata satarkən tutulub. K.Əliyevin mənzilinə baxış zamanı 32 ədəd doldurulmamış attestat, Füzuli rayonu Zərgər kənd orta məktəbinə məxsus 1 ədəd möhör və 2 ədəd ştamp aşkar edilərək götürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti