...

Azərbaycanın qərbində baş verən yol qəzası nəticəsində iki azyaşlı uşaq ölüb

Hadisə Materials 26 Sentyabr 2008 12:25 (UTC +04:00)

Azərbaycan, Gəncə, 26 sentyabr / Trend , V.Məmmədov/ Azərbaycanın qərbində (paytaxt Bakıdan 400 km məsafədə) yerləşən Göygöl rayonunda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Göygöl rayon Polis İdarəsinin müstəntiqi Namiq Əlyarov cümə günü Trend -a bildirib ki, Gəncə-Göygöl yolunda dünən axşam saatlarında Gəncədən Göygöl rayonu istiqamətində hərəkət edən 20 CX 376 dövlət nömrə nişanlı VAZ 21 06 markalı avtomobil əks istiqamətdə hərəkət edən 60 BG 884 dövlət nömrə nişanlı VAZ 21 013 markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində VAZ 2106-nın sürücüsü, 1956-cı il təvəllüdlü Mədəti Rafq hadisə yerindəcə dünyasını dəyişib. VAZ 21013 markalı avtomobildə olan iki azyaşlı uşaqdan biri hadisə yerində, digəri isə Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib.

Əlyarov faktla bağlı araşdırma aparıldığını bildirib. Hadisədə kimin günahkar olduğunun ekspertizanın rəyindən sonra bilinəcəyini qeyd edən müstəntiq ilkin ehtimala görə, qəzada VAZ 21 013 -ün sürücüsünün günahkar olduğunu bildirib.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti