...

Bakıda avtomobil oğurlanıb

Hadisə Materials 26 Sentyabr 2008 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Binəqədi rayonu ərazisində avtomobil oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsindən cümə günü Trend -a verilən məlumata görə, sentyabrın 24-dən 25-nə keçən gecə saat 23:00 radələrində Koroğlu Rəhimov küçəsi, ev 53, mənzil 21 ünvanda yaşayan, Ələkbər Rəfail oğlu Əbilova məxsus їVAZ - 21 07ї markalı avtomobil yaşadığı ünvanın qarşısından qaçırılıb.

Hazırda avtomobilin tapılması və kim tərəfindən qaçırılmasının müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti