...

Bakıda atışma zamanı "Makarov" markalı tapançadan istifadə edildiyi müəyyən edilib (YENİLƏNİB)

Hadisə Materials 13 Oktyabr 2008 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir S. Kazımlı / Bakının Nizami rayonunda naməlum şəxslər arasında atışma baş verib.

Nizami rayon Polis İdarəsindən bazar ertəsi Trend - a verilən məlumata görə, oktyabrın 12 - də 22 : 00 radələrində Qara Qarayev prospektində yerləşən ticarət mərkəzinin yanında (metronun "Neftçilər" stansiyasının yaxınlığında) naməlum şəxslər arasında arışma baş verib. Onlardan birinin avtomobildən atəş açdığı bildirilir.

Rayon Polis İdarəsindən bildiriblər ki, hadisə yerindən üç ədəd giliz aşkar edilərək götürülüb. İlkin ehtimallara görə, hadisə zamanı naməlum şəxslər "Makarov" markalı tapançadan istifadə ediblər.

Hazırda hadisəni törədən şəxslərin müəyyən edilib tutulması üçün əməliyyat qrupu yaradılıb, əməliyyat - axtarış tədbirləri davam etdirlir.

Faktla bağlı Nizami rayon Polis İdarəsində Azərbaycan Cinayət Məcəlləsinin xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə (221.3-cü) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə (228.1-ci) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Nizami PRİ - nin 25 - ci polis bölməsindən bazar ertəsi Trend - a verilən məlumata görə, hadisə altı tanış şəxs arasında baş verib. Belə ki, tanışlar bir yerdə yeyib - içdikdən sonra onlar arasında mübahisə yaranıb. Mübahisə edən şəxslərin Gürcüstan Respublikasının vətəndaşları olduğu bildirilir. Mübahisə edənlərdən biri - 37 yaşlı Azad Rəhimov mübahisə zamanı hadisə yerindən metronun "Neftçilər" stansiyası istiqamətinə qaçarkən, "Prado" markalı avtomobildə olan Ədalət adlı şəxs "Makarov" markalı tapançadan havaya beş dəfə atəş açıb.

Hazırda onun tutulması üçün əməliyyat - axtarış tədbirləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti