...

Bakıda özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər soyğunçuluq ediblər

Hadisə Materials 13 Oktyabr 2008 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir S. Kazımlı / Bakının Nizami rayonunun ərazisində özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər Bakı sakininə qarşı soygunçuluq ediblər.

Nizami rayon Polis İdarəsinin (RPİ) 24 - cü polis bölməsindən bazar ertəsi Trend - a verilən məlumata görə, ötən gecə saat 03:00 radələrində iki nəfər naməlum şəxs 8 - ci kilometr qəsəbəsində Bakı sakini, 35 yaşlı Rüstəm Əhmədova yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildiriblər.

Həmin vaxta onların yanında bir nəfər qadın da olduğu bildirilir.

Naməlum şəxslər Əhmədovun 1400 manat pulunu və 650 ABŞ dollarını alaraq, hadisə yerindən qaçıblar.

Hazırda həmin şəxslərin müəyyən edilib tutulması üçün polis əməkdaşları tərəfindən əməliyyat - axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nizami RPİ - də Azərbaycan Cinayət Məcəlləsinin soyğunçuluq (180 ї ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti