...

Azərbaycanın cənubunda sərhədi qanunsuz keçmiş İran vətəndaşları ilə polis arasında silahlı insident olub

Hadisə Materials 13 Oktyabr 2008 18:16 (UTC +04:00)
Azərbaycanın cənubunda sərhədi qanunsuz keçmiş İran vətəndaşları ilə polis arasında silahlı insident olub

Azərbaycan, Bakı, 13 oktyabr / , müxbir K. Zərbalıyeva/ Azərbaycanın cənubunda sərhədi qanunsuz keçmiş İran vətəndaşları ilə polis arasında silahlı insident olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend - a verilən məlumata görə, ötən gecə saat 01.30 radələrində Cəlilabad rayonunun Dərəli kəndi (paytaxt Bakıdan 200 kilometr cənubda) ərazisindən dövlət sərhədini qanunsuz keçmiş, narkotik vasitələrin daşınmasında şübhəli bilinən 4 nəfər İran vətəndaşı saxlanılarkən, onlarla polis əməkdaşları arasında atışma baş verib.

Atışma zamanı ölən və xəsarət alan olmayıb. İran vətəndaşları 16 kiloqram 550 qram həşişi hadisə yerində ataraq qaçıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti