Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir S. Kazımlı / Azərbaycanın cənub bölgəsində səkkiz nəfərin ölümü ilə nəticələnən yol-qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, oktyabrın 14-də saat 23.55 radələrində Salyan rayonunun Borankənd kəndində, Cəbrayıl rayon sakini Nizami Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı və Borsulu kənd sakini İlkin İsgəndərovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub. Nəticədə Məmmədov və sərnişinləri, Cəillabad rayon sakinləri Anar Ağayev, Hənifə Ağayeva, habelə İsgəndərov və sərnişinləri, həmyerliləri Teymur İsmayılov, Elgün İsmayılov, Ramin Hümbətov və Ağakərim İsgəndərov hadisə yerində ölüblər. Salyan rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]