Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir S. Kazımlı / Bakının Nəsimi rayon ərazisində intihar hadisəsi baş verib.
Nəsimi rayon Prokurorluğundan çərşənbə günü Trend -a verilən məlumata görə, bu gün 20 yaşlı Bakı sakini, Qafar Bəxtiyar oğlu Babazadə Həsən Əliyev küçəsində yerləşən 17 saylı binanın qarşısında özünü ağacdan asaraq intihar edib.
Hələlik intiharın səbəbləri bilinmir. Babazadənin Azərbaycan Texniki Universiteti nəzdindəki kollecin tələbəsi olduğu bildirilir.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]