Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir S.Kazımlı / Bakının Nəsimi rayonu ərazisində yerləşən evdə, Sabunçu rayonu ərazisində yerləşən mağazada qaz sızması nəticəsində partlayış baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a məlumat verilib.
Məlumata görə, noyabrın 16-da saat 08.20 radələrində Nəsimi rayonundakı 2-ci mikrorayon Seyidzadə küçəsində yaşayan Rövşən Nuriyevin evində təbii qazın sızmasından partlayış baş verib. Nəticədə pəncərə və qapı çərçivələri dağılıb, xəsarət alan Nuriyev isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Həmin gün saat 02.00 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsində Bakı şəhər sakini Fazil Rüstəmova məxsus mağazada təbii qazın sızmasından partlayış baş verib. Nəticədə xəsarət alan olmayıb, mağazanın pəncərə şüşələri sınıb. Faktla bağlı araşdırmalar aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]