...

Bakıda yanacaqdaşıyan avtomobildən benzin axması nəticəsində avtomobillərin hərəkəti məhdudlaşıb

Hadisə Materials 21 Noyabr 2008 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr / Trend , müxbir S.Kazımlı / Bakının Nərimanov rayonu ərazisində yanacaqdaşıyan avtomobildən benzin axması nəticəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsindən cümə günü Trend -a məlumat verilib.

Məlumata görə, bu gün saat 10:30 radələrində rayonun Ziya Bünyatov prospektində (3-cü mikrorayon bazarının yaxınlığında) "ABU Petrol" şirkətinə məxsus yanacaqdaşıyan avtomobil hərəkət edərkən avtomobilin çənindən benzin axması baş verib. Bu səbəbdən də orada avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Nərimanov rayon Polis İdarəsinin əməkdaşları gedərək araşdırma aparırlar. Avtomobilin çənində deşik yarandığı üçün benzinin axması ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. Polis bölməsindən avtomobilin qəzaya uğramadığını bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti