Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir S. Kazımlı / Bakının Sabunçu rayonu ərazisində oğurluq hadisəsi baş verib. Oğurluq edən şəxslər mağazadan xeyli miqdarda pul oğurlayıblar. Bu barədə Sabunçu rayon Polis İdarəsindən (RPİ) çərşənbə günü Trend - a məlumat verilib.
RPİ - dən bildiriblər ki, noyabrın 25 - də gecə saatlarında naməlum şəxslər Nardaran qəsəbəsinin mərkəzində yerləşən və qəsəbə sakini Hacı Soltan Quliyevə məxsus 12 saylı mağazadan 10 min manat pul oğurlayıblar. İlkin araşdırma zamanı məlum olub ki, oğrular içəriyə mağazanın damından daxil olublar. Mağazanın Sovet dövründən fəaliyyət göstərdiyi bildirilir.
Hazırda hadisəni törədən şəxslərin müəyyən edilib tutulması üçün polis əməkdaşları tərəfindən əməliyyat - axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Sabunçu RPİ - də Azərbaycan Cinayət Məcəlləsinin oğurluq (177- ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]