...

Bakıda Serbiya vətəndaşı qarət edilib

Hadisə Materials 26 Noyabr 2008 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr / TrendNe müxbir S. Kazımlı / Bakıda yerləşən Karat Biznes Mərkəzində oğurluq hadisəsi baş verib. Zərərçəkənin Serbiya vətəndaşı olduğu bildirilir. Bu barədə Yasamal rayon Polis İradəsindən (RPİ) çərşənbə günü Trend - a məlumat verilib.

RPİ - dən bildiriblər ki, çərşənbə günü saat 15:00 radələrində rayonun ərazisində yerləşən Karat Biznes Mərkəzində işləyən Serbiya Respublikasının vətəndaşı, 27 yaşlı İvkoviç Luka Deanının mobil telefonu iş yerində oğurlanıb.

Oğurluq edən şəxsin müəyyən edilib tutulması üçün polis əməkdaşları tərəfindən əməliyyat - axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Yasamal RPİ - də cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti