...

Bakı-Tümen qatarının altında qalan qadının ayaqları amputasiya olunub

Hadisə Materials 12 Dekabr 2008 11:10 (UTC +04:00)

Azərbaycan, Xaçmaz, 12 dekabr / Trend , müxbir A.Qafarov / Azərbaycanın şimal bölgəsində bədbəxt hadisə baş verib. Dekabrın 11-də gecə saatlarında qatarın altında qalan 52 yaşlı qadın iki ayaqlarını itirib, cümə günü Trend -a Xaçmaz rayon Dəmiryol Xətt Yol Polis Şöbəsindən (DXYPŞ) məlumat verilib.

Xaçmaz RDXYPŞ-dən bildiriblər ki, dünən saat 21:30 radələrində Xaçmaz rayonunun Ortaoba kənd sakini Xanım Tahirova Yalama kəndi ərazisində hərəkət edən Bakı-Tümen qatarının altında qalaraq ağır bədən xəsarətlərı alıb.

Tahirova aldığı xəsarətlər nəticəsində Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın travmatologiya şöbəsinin müdiri Ağayar Quliyev Trend -a bildirib ki, xəstənin üzərində beş saat əməliyyat aparılıb, onun ayaqları amputasiya olunub. Hazırda xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Xaçmaz RDXYPŞ-də araşdırma aparılır.

Məqalə müəllıfı ılə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti