...

Azərbaycan Ordusunun əsgəri şəhid olub

Hadisə Materials 26 Dekabr 2008 12:35 (UTC +04:00)
Azərbaycan Ordusunun əsgəri şəhid olub

Azərbaycan, Şəki 26 dekabr / Trend , müxbir X. Əliyeva, Ş.Cəliloğlu/ Azərbaycan Ordusunun əsgəri şəhid olub.

Trend -un məlumatına görə, cəbhənin Tərtər rayonunun Qapanlı kəndi istiqamətində ermənilərin atəşkəsi pozması nəticəsində Zaqatala rayon hərbi komissarlığından hərbi xidmətə çağrılmış 19 yaşlı Xasiyev Üzeyir Elşad oğlu şəhid olub.

Mərhumun cənazəsi günün ikinci yarısında doğulduğu Zaqatala rayonuna gətiriləcək.

Ermənilərin atəşkəsi pozması nəticəsində Zaqatala rayon hərbi komissarlığından hərbi xidmətə çağrılmış əsgər Hüseyibov İslam ağır bədən xəsarəti alıb.

Hadisə ilə bağlı Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti