...

Naxçıvan vətəndaşı dəm qazından boğulub

Hadisə Materials 23 Fevral 2009 10:38 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 23 fevral / Trend , müxbir E.Məmmədov / Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini bazar günü dəm qazından ölüb.

Trend -un məlumatına görə, 1983-cü il təvəllüdlü İlahə Həmzə qızı Əliyeva fevralın 21-dən 22-nə keçən gecə qazdan boğularaq ölüb.

Bu, Şərur rayonunda bu qış mövsümündə baş verən beşinci belə haldır. Builki qış mövsümündə Azərbaycanda dəm qazından ölənlərin sayı 30-dan artıqdır.

Əliyeva hamamda qazdan boğulub. Su qızdırmaq məqsədilə oraya qeyri-qanuni yolla kustar üsulla çəkilmiş qaz hamama sızıb və bir müddət sonra Əliyeva dəm qazından zəhərlənib.

Faktla bağlı Şərur Rayon Prokurorluğu araşdırma aparır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti