...

Azərbaycanın şimalında elektrik qatarı avtomobillə toqquşub, ölən var

Hadisə Materials 23 Fevral 2009 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir  K.Zərbalıyeva/ Azərbaycanın şimalında elektrik qatarı "Kamaz" markalı avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazaar ertəsi Trend -a verilən məlumata görə, bazar günü saat 19.43 radələrində Xızı rayonu ərazisində, Giləzi-Sitalçay mənzilinin 2578-ci km-də, qorunan keçiddə Yalama-Keşlə elektrik qatarı ilə Şəmkir rayon sakini Nizami Quliyevin idarə etdiyi "Akkord" şirkətlər qrupuna məxsus "Kamaz" markalı avtomaşın vurulub.

Quliyev hadisə yerində ölüb, qatarın 1-ci vaqonu relsdən çıxıb.

Görülmüş tədbirlər nəticəsində saat 23.55 radələrində qatarın hərəkəti bərpa olunub.

DİN Nəqliyyatda Baş Polis İdarəsi faktla bağlı araşdırma aparır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti