...

Səhiyyə Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyasında baş verən atışma nəticəsində 13 nəfərin həlak olduğunu və 10 nəfərin yaralandığını bəyan edib

Hadisə Materials 30 Aprel 2009 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir S.Babaeva / 

Azərbaycan Səhiyyə Nazirliyi cümə axşamı səhər Azərbaycan Dövlət Neft Akademiyasında baş verən atışma nəticəsində 13 nəfərin öldüyünü, 10 nəfərin isə yaralandığını açıqlayıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli bildirib ki, yaralılar 1 və 4 saylı Şəhər Klinik xəstəxanalarına, Azərbaycan Dövlət Dəmiryol Xəstəxanasına, Kliniki Tibb Mərkəzinə yerləşdiriliblər.

Qədirli yaralıların müalicəsi üçün donor qana ehtiyacın olmasına dair yayılan şayiələri təkzib edib.

"Səhiyyə Nazirliyinin qan bankı var", - deyə Qədirli bildrib.

Atəş açan şəxs zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti