...

Bakının mərkəzində bir qrup insanın intihar cəhdinin qarşısı alınıb

Hadisə Materials 17 İyun 2009 15:37 (UTC +04:00)
Bakının mərkəzində bir qrup insanın intihar cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 17  iyun / Trend , müxbirlər C.Babayeva, K.Zərbalıyeva /

Bakıda çərşənbə günü "Təzə bazar" pərakəndə ticarət mərkəzinin yaxınlığında təxminən 30 nəfərdən ibarət qrupun intihar cəhdinin qarşısı alınıb. Cəhdin qarşısı alınarkən xəsarət alanlar olmayıb. 

Onlar Nəsimi rayonunun 21 saylı polis bölməsinə aparılıb. Polis bölməsindən Trend -a bildiriblər ki, bölməyə intihar etmək istəyənlərin 10 nəfəri gətirilib. Onlar izahat alınandan sonra buraxılacaqlar.

Şahidlərin sözlərinə görə, günorta saatlarında bir qrup şəxs "Təzə bazar" ticarət mərkəzinin yaxınlığındakı yeni tikilən binanın yeddinci mərtəbəsinə çıxaraq, intihar edəcəklərini bildiriblər. Onların arasında uşaqlar və qadınlar da olub. Onlar həbsdə olan Göyçay rayonunda iş adamı Çingiz Mayılovun ailə üzvləri və yaxınları olub, onun həbsdən azad edilməsini və onlara qarşı olan polis təzyiqinə son qoyulmasını tələb ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti