...

Bakıda üç nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə ilə bağlı cinayət işi açılıb - prokurorluq

Hadisə Materials 25 İyul 2009 23:01 (UTC +04:00)
Bakıda üç nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə ilə bağlı cinayət işi açılıb - prokurorluq

Azərbaycan, Bakı, 25 iyul / Trend /

Bakının Nizami rayon su borusunda işlər zamanı baş verən bədbəxt hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Əmək mühafizəsi qaydalarını pozma insan ölümünə səbəb olduqda (162.2) maddəsi ilə iş açılıb. Bu barədə şənbə günü Nizami rayon prokurorluğu Trend -a məlumat verib.

Məlumata görə, hazırda hadisənin səbəbləri araşdırılır.

Prkuroluqdan verilən məlumata görə, hadisə yerində üç nəfər ölüb: Əbdülağayev Abdullaqed, Cahangirov Əlicəfər və Əliyev İlqar.

Bu gün günorta saatlarında su çəkilişi aparılan zaman qazılmış xəndəyin üstündəki torpaq qatı uçub və nəticədə 3 fəhlə torpaq uçqununun altında qalıb.

Xəbər lenti

Xəbər lenti