Əfqanıstanın Herat şəhərində partlayış nəticəsində 12 nəfər ölüb, 20 nəfər yaralanıb. Bu barədə Trend Əfqanıstanın AVAPRESS xəbər agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, partlayış bu gün səhər 8-də Heratın Banke Xun küçəsində bazara yaxın yerdə baş verib. Ölənlər arasında iki polis nəfəri, bir qadın və bir uşağın olduğu bildirilir.
"Partlayış İncil şəhər polis rəisi Məhəmməd İsanı öldürmək məqsədi ilə törədilib. O, evindən çıxıb işə gedərkən quraşdırılmış bomba işə düşüb. İsani hazırda ağır yaralıdır", - deyə Polis İdarəsinin sözçüsü Əbdürrəuf Əhmədi bildirib.
Hadisə ilə bağlı məsuliyyəti hələki, heç bir qrup üzərinə götürməyib.