Red.əlavə: sonuncu abzas əlavə olunub
Azərbaycan, Bakı, 04 sentyabr / Trend , muxbir K.Zərbalıyeva /
Azərbaycan Silahlı Qüvvələrinin üç hərbçisi minaya düşüb.
Trend -un məlumatına görə, bu gün səhər saatlarında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus avtomobil Ağcabədi rayonunun Minaxorlu kəndi ərazisində tank əleyhinə minaya düşüb.
Partlayış zamanı əsgərlər - ötən il Gədəbəy hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılmış 20 yaşlı Nemət Məmmədov, Şirvan şəhər hərbi komissarlığından hərbi xidmətə çağrılmış 20 yaşlı Sadiq Atayev və İsmayıllı rayon hərbi komissarlığından hərbi xidmətə çağrılmış 20 yaşlı Nurlan Rəhimov yaralanıblar.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu fakti təsdiqləyib, lakin əlavə heç bir məlumat verməyib.
Trend -un bölgə müxbirinin məlumatına görə, xəsarət alan əsgərlər Sarıcalıdakı hərbi hospitala aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]