...

İstanbul yaxınlığında fabriklərdən birində yanğın baş verib

Hadisə Materials 7 Oktyabr 2009 16:27 (UTC +04:00)
İstanbul yaxınlığındakı Hadimköy şəhərində plastik kütlə istehsalı fabrikində yanğın baş verib.
İstanbul yaxınlığında fabriklərdən birində yanğın baş verib

İstanbul yaxınlığındakı Hadimköy şəhərində plastik kütlə istehsalı fabrikində yanğın baş verib. Məlumatı CNN Türk saytı xəbər verib.

Yanğının səbəbi hələlik məlum deyil. Alov güclü külək səbəbindən bütün binaya yayılır.

Yanğının söndürülməsi üçün hadisə yerinə əvvəl göndərilənlərlə yanaşı, əlavə yanğınsöndürən maşınlar da cəlb edilib. Zavodun işçiləri evakuasiya olunub.

Xəbər lenti

Xəbər lenti