...

Azərbaycan paytaxtında vəkil soyğunçuluğa məruz qalıb

Hadisə Materials 9 Oktyabr 2009 14:16 (UTC +04:00)
Yasamal rayonu ərazisində Vəkillər Kollegiyasının üzvü Lalə Hüseynova naməlum şəxsin hücumuna məruz qalıb. Məlumata görə, naməlum şəxs ona zor tətbiq edərək pul kisəsini əlindən alıb.
Azərbaycan paytaxtında vəkil soyğunçuluğa məruz qalıb

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir H. Bağırov/

Azərbaycan paytaxtında hüquq müdafiəçisi və vəkil soyğunçuluğa məruz qalıb.

Yasamal rayon Polis İdarəsindən cümə günü Trend -a verilən məlumata görə, Yasamal rayonu ərazisində Vəkillər Kollegiyasının üzvü Lalə Hüseynova naməlum şəxsin hücumuna məruz qalıb. Məlumata görə, naməlum şəxs ona zor tətbiq edərək pul kisəsini əlindən alıb.

Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Novruzov tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti