...

Bakıda uçmuş binanın yerində yenisi tikiləcək - FHN rəhbərinin müavini

Hadisə Materials 12 Mart 2010 16:19 (UTC +04:00)
Cümə günü Bakıda uçmuş yaşayış binasının yerində yeni bina tikiləcək. Bunu jurnalistlərə Azərbaycan fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev deyib.
Bakıda uçmuş binanın yerində yenisi tikiləcək - FHN rəhbərinin müavini

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir T. Hacıyev/

Cümə günü Bakıda uçmuş yaşayış binasının yerində yeni bina tikiləcək. Bunu jurnalistlərə Azərbaycan fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev deyib.

Bakının Binəqədi rayonunda Rəsuzadə qəsəbəsi, Əli-Məmməd küçəsi, 10/11 ünvanında yerləşən ikimərtəbəli yaşayış binası uçub. Tələfat yoxdur.

"Bina ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) balansında olub. Bu gün dağıntıların təmizlənməsi işlərinə başlanılacaq, bütün sakinlər ARDNŞ-nin hesabına müvəqqəti mənzillə təmin olunacaq. Uçmuş binanın yerində ikimərtəbəli yaşayış binası tikiləcək", - nazir müavini bildirib.

"1946-cı ildə tikilmiş bu binada 11 ailə, cəmi 31 sakin yaşayıb. Sakinlərin hamısı evakuasiya olunub. Fövqəladə Hallar Nazirliyi binanın qəza vəziyyəti olması barədə sakinləri qabaqcadan xəbərdar etmişdi", - Trend -a hadisə yerində olan FHN əməkdaşı bildirib.

Xəbər lenti

Xəbər lenti