...

Azərbaycanın təbii fəlakət zonasında su basmış ərazilərdə son bir həftə ərzində 65 nəfər xilas olunub - FHN

Hadisə Materials 15 May 2010 14:22 (UTC +04:00)
Azərbaycanın təbii fəlakət zonasında su basmış ərazilərdə son bir həftə ərzində köməksiz vəziyyətdə qalmış 65 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Azərbaycanın təbii fəlakət zonasında su basmış ərazilərdə son bir həftə ərzində 65 nəfər xilas olunub - FHN

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın təbii fəlakət zonasında su basmış ərazilərdə son bir həftə ərzində köməksiz vəziyyətdə qalmış 65 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Bu barədə nazirliyin internet saytı şənbə günü məlumat yayıb.

Trend-in arayışı: Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində, Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti