...

Şəkidə yağan leysan yağışlar yaşayış evlərini dağıdıb

Hadisə Materials 15 İyul 2010 13:34 (UTC +04:00)
Azərbaycanın Şəki rayonunda ötən gecə yağan leysan yağışlar bir neçə evin sıradan çıxmasına səbəb olub, - bu barədə Trend-ə yerli sakinlər məlumat veriblər.
Şəkidə yağan leysan yağışlar yaşayış evlərini dağıdıb

Аzərbaycan, Bakı, 15 iyul /Trend, müxbir М.Əliyev/

Azərbaycanın Şəki rayonunda ötən gecə yağan leysan yağışlar bir neçə evin sıradan çıxmasına səbəb olub, - bu barədə Trend-ə yerli sakinlər məlumat veriblər.

Həmçinin, şəhərin elektrik təchizatına ziyan dəyib, yollar sıradan çxıb.

Rayonun dağlıq yerlərində intensiv yağışlar Gürcan çayında daşqınlara səbəb olub.

Trend hələ ki Fövqəladə Hallar Nazirliyinin Şəki rayon komissiyasından rəsmi şərhlər ala bilməyib.

Xəbər lenti

Xəbər lenti