...

Azərbaycan Milli Ordusunun əsgəri xəstəlikdən dünyasını dəyişib

Hadisə Materials 4 Noyabr 2010 12:27 (UTC +04:00)
Azərbaycan Milli Ordusunun əsgəri xəstəlikdən dünyasını dəyişib
Azərbaycan Milli Ordusunun əsgəri xəstəlikdən dünyasını dəyişib

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Milli Ordusunun əsgəri xəstəlikdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev çərşənbə axşamı Trend-ə bildirib ki, Müdafiə Nazirliyinə məxsus "N" saylı hərbi hissənin əsgəri, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Ramiz Oqtay oğlu Atayev xəstəlikdən dünyasını dəyişib.

Hadisə noyabrın 3-də, gecə saatlarında baş verib.

Abdullayev deyib ki, əsgərin ölümünə orqanizmin ümumi intoksikasiyası, fəsadlaşmış folikulyar angina və baş beyin maddəsinin kəskin ödəmi səbəb olub.

Atayev 2010-cu ilin yanvarında Xəzər rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Xəbər lenti

Xəbər lenti