Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.
Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ötən axşam saat 23:30 radələrində Ə.Rəcəbli küçəsi, 5 saylı binanın qarşısında 40 yaşlı Oleq Zemçov tanışı, 36 yaşlı Sənan Salmanovu bıçaqla qətlə yetirib.
Hadisəyə tanışlar arasında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə səbəb olub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.