...

Azərbaycanda qarlı hava şəraiti ilə bağlı Ağsu aşırımında avtomobillərin hərəkətində müəyyən problem yaranıb

Hadisə Materials 16 Fevral 2011 11:56 (UTC +04:00)
Azərbaycanda qarlı hava şəraiti ilə əlaqədar Ağsu aşırımında avtomobillərin hərəkətində müəyyən problemlər yaranıb.
Azərbaycanda qarlı hava şəraiti ilə bağlı Ağsu aşırımında avtomobillərin hərəkətində müəyyən problem yaranıb

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda qarlı hava şəraiti ilə əlaqədar Ağsu aşırımında avtomobillərin hərəkətində müəyyən problemlər yaranıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, Ağsu aşırımında qarın çox yağması ilə əlaqədar həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Əliyev bu ərazidəki yolun bağlanmadığını, hərəkətin davam etdiyini deyib.

İdarə rəsmisi sürücülərdən və yol hərəkəti iştirakçılarından qarlı hava şəraitində ehtiyatlı olmağı və sürücülərə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi tövsiyə edib.

Şöbə rəisi deyib ki, respublikada qarlı hava şəraiti olsa da, avtomobil yolları bağlanmayıb.

Dünən günün ikinci yarısından başlayaraq Azərbaycan ərazisində qarlı hava şəraiti hökm sürür.

Xəbər lenti

Xəbər lenti