...

Bakıda neft buruğunda ölüm faktı qeydə alınıb

Hadisə Materials 2 Mart 2011 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda neft buruğunda ölüm faktı qeydə alınıb.

Trend-in məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumatda bildirilib ki, Suraxanı rayonu Hövsan qəsəbəsi Qum adasındakı ARDNŞ Kompleks Qazma İşlər Trestində, orada briqadir işləyən Bakıxanov qəsəbə sakini Fikrət Musayev neft buruğundan yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti