...

Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində bir nəfər ölüb

Hadisə Materials 9 Mart 2011 10:06 (UTC +04:00)
Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində bir nəfər ölüb
Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində bir nəfər ölüb

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində bir nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən çərşənbə günü Trend-ə bildirib ki, bu gün səhər saatlarında Nizami rayonunda metronun "Neftçilər" stansiyasının yaxınlığında yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın söndürülsə də binada yaşayan vətəndaşın həyatını xilas etmək mümkün olmayıb.

Yanğının səbəbləri məlum deyil.

Xəbər lenti

Xəbər lenti