Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir R.Daraxşan/
Cümə günü Yaponiyada baş verən zəlzələ ilə bağlı bu ölkədə yaşayan soydaşlarımızdan Azərbaycan səfirliyinə heç bir müraciət daxil olmayıb. Bunu Trend-ə şənbə günü səhər Azərbaycanın Tokiodakı səfiri Azər Hüseyn bildirib.
"Bizdə olan məlumata görə, [Azərbaycan vətəndaşlarının] hamısı sağ-salamatdır. Amma biz yenə də [soydaşlarımızla] əlaqə saxlayırıq, yoxluyuruq. Bu saata olan məlumata əsasən, Azərbaycan vətəndaşları arasında heç bir xəsarət alan yoxdur", deyə Hüseyn bildirib.
Bundan əvvəl səfir bildirib ki, Yaponiyada 50-dən artıq Azərbaycan vətəndaşı müvəqqəti yaşayır, onlardan 30-a yaxını Tokioda, qalanları isə ölkənin başqa şəhərlərində məskunlaşıb.
Son illərdə ən güclü zəlzələlərdən biri Yaponiyanın Miyagi prefekturası dəniz sahilinə yaxın, paytaxt Tokiodan 373 kilometr şimal-şərqdə baş verib. Zəlzələnin maqnitudası 8,9 təşkil olub.
Rəsmi məlumata əsasən, nəticədə 287 nəfər həlak olub, 725 nəfər itkin düşüb, 1046 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaponiyadakı zəlzələ ilə bağlı Azərbaycan vətəndaşlarından səfirliyə müraciət olmayıb