...

Yaponiyada "Fukusima-1" AES-də partlayış baş verib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 12 Mart 2011 12:24 (UTC +04:00)
Yaponiyanın "Fukusima-1" Atom Elektrik Stansiyasının birinci blokunun yanında radioaktiv sezium aşkar olunub.
Yaponiyada "Fukusima-1" AES-də partlayış baş verib (ƏLAVƏ OLUNUB)

AES-də partlayış barədə məlumat əlavə olunub (ilk xəbər saat 10:26-da yayılıb)

Azərbaycan, Bakı, 12 mart /Trend/

Yaponiyanın "Fukusima-1" Atom Elektrik Stansiyasının birinci blokunun yanında radioaktiv sezium aşkar olunub.

Trend-in məlumatına görə, bu isə hər şeydən göründüyü kimi, reaktorun özəyindəki yanacağın əriməsi deməkdir. Bu barədə "Kiodo" agentliyi reaktorun soyudulması üzərində işləyən mütəxəssislərə istinadən məlumat verib.

Hazırda AES ətrafında on kilometrlik zonadan sakinlər köçürülür.

Son illərdə ən güclü zəlzələlərdən biri Yaponiyanın Miyagi prefekturası dəniz sahilinə yaxın, paytaxt Tokiodan 373 kilometr şimal-şərqdə baş verib. Zəlzələnin maqnitudası 8,9 təşkil edib. Zəlzələ güclü sunamiyə səbəb olub, bəzi rayonlarda dalğaların hündürlüyü on metri ötüb. Mindən artıq insan həlak olub və itkin düşüb.

"Fukusima-1" AES-in birinci blokunun ərazisində partlayış səsi eşidilib. On dəqiqədən sonra ağ tüstü görünüb. Xəbəri "Tokyo Electricity Company" yayıb.

"Frans Press" agentliyi Yaponiya KİV-ə istınadən AES-də həqiqətən də partlayışın baş verdiyini xəbər verir. Məlumatı RİA Novosti yazır.

Xəbər lenti

Xəbər lenti