...

Bakıda mənzilə silahlı basqın edən şəxslər tutulub

Hadisə Materials 29 Mart 2011 10:34 (UTC +04:00)
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam edir.
Bakıda mənzilə silahlı basqın edən şəxslər tutulub

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda mənzilə silahlı basqın edən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 6-sı saat 22:30 radələrində naməlum şəxslər İnşaatçılar prospektində kirayədə yaşayan Bakı şəhər sakinləri Orxan və Fərid Məmmədovlara yaşadıqları mənzildə tapança ilə hədə-qorxu gələrək, 2 ədəd noutbuk və 3 ədəd mobil telofon götürüblər.

Yasamal rayon Polis İdarəsinin və 27-ci polis bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Timur Məmmədov martın 26-da yaxalanıb və ondan 1 ədəd "Baykal" markalı pnevmatik tapança götürülüb.

Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin digər iştirakçısı Emil Məmmədov isə martın 28-də yaxalanıb.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam edir.

Xəbər lenti

Xəbər lenti