...

Ali Hərbi Məktəbdə oğurluğa cəhd olub

Hadisə Materials 5 Aprel 2011 12:30 (UTC +04:00)
Ali Hərbi Məktəbdən oğurluğa cəhd etmək istəyən Bakı şəhər sakini tutulub.
Ali Hərbi Məktəbdə oğurluğa cəhd olub

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ali Hərbi Məktəbdən oğurluğa cəhd etmək istəyən Bakı şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də Naximov küçəsindəki Azərbaycan Ali Hərbi Məktəbinin həyətindən istifadəyə yararsız elektrik naqillərini oğurlamağa cəhd göstərərkən Bakı şəhər sakini İzzət Babazadə tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti