...

Azərbaycanın Cəlilabad rayonunda şagird öz məktəbli yoldaşını qətlə yetirib

Hadisə Materials 5 Aprel 2011 15:09 (UTC +04:00)
Azərbaycanın Cəlilabad rayonunda şagird öz məktəbli yoldaşını qətlə yetirib.
Azərbaycanın Cəlilabad rayonunda şagird öz məktəbli yoldaşını qətlə yetirib

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Cəlilabad rayonunda şagird öz məktəbli yoldaşını qətlə yetirib.

Cəlilabad rayon prokurorluğunun müstəntiqi Amin Şəkərəliyev çərşənbə axşamı Trend-ə bildirib ki, bu gün saat 11:30 radələrində rayonun 7 saylı orta məktəbinin iki şagirdi arasında mübahisə ölümlə nəticələnib.

Müstəntiq bildirib ki, məktəbin qarşısındakı yolda rayonun Şatırlı kənd sakini 15 yaşlı, 8-ci sinif şagirdi Vasif Mirələmov 10-cu sinif şagirdi Cavanşir Həsənlini qarın boşluğundan bıçaqlayıb.

Qaraciyər nayihəsindən xəsarət alan Həsənli mərkəzi rayon xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Müstəntiq cinayətin təfərrüatları barədə məlumat verməyib və bildirib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti