...

Coşmuş erməni boksçu rinqdə hakimi döyüb (VİDEO)

Hadisə Materials 18 Aprel 2011 11:04 (UTC +04:00)
Almaniyada daimi yaşayan və Xoren Gevor kimi tanınan erməni Karen Qevoryan döyüş başa çatdıqdan sonra hakimə hücum etdiyinə görə altı aylıq diskvalifikasiya olunub və Almaniya Boks Federasiyası tərəfindən 5,1 min avro cərimə edilib.
Coşmuş erməni boksçu rinqdə hakimi döyüb (VİDEO)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Almaniyada daimi yaşayan və Xoren Gevor kimi tanınan erməni Karen Qevoryan döyüş başa çatdıqdan sonra hakimə hücum etdiyinə görə altı aylıq diskvalifikasiya olunub və Almaniya Boks Federasiyası tərəfindən 5,1 min avro cərimə edilib. Qalmaqal Gevor və ortasuper çəki dərəcəsində (76,2 kq-dək) WBO titulunun sahibi, Rusiya əsilli Robert Ştiqlis arasında keçirilən döyüş başa çatdıqdan sonra baş verib. Onuncu raundda rəqiblər bir-birindən yapışaraq rinqdə yıxılıblar və başları bir-birinə dəyib. Ştiqlisin sağ gözü bərk yaralanıb. Rinqdəki hakim hesab edib ki, Gevor rəqibini qəsədən zədələyib və buna görə onu diskvalifikasiya edib. Bunun cavabında qəzəblənmiş iddiaçı döyüş dayandırıldıqdan sonra hakimə yumruqla hücüm edib.

Gevor hakim Manfred Kühlerə bir neçə zərbə endirib, sonradan isə onu təhqir etməyə başlayıb. Qəzəblənmiş boksçunu onun bütün komandası sakitləşdirməyə çalışıb. Qeyd edək ki, hakim döyüş zamanı kobudluğa görə bir neçə dəfə Gevora xəbərdarlıq edib.

Xəbər lenti

Xəbər lenti