...

Xəzərin Azərbaycan hissəsində balıqçı qayığı çevrilib, ölənlər var

Hadisə Materials 21 Aprel 2011 15:20 (UTC +04:00)
Xəzərin Azərbaycan hissəsində balıqçı qayığı çevrilib, iki nəfərin cəsədi aşkar edilib.
Xəzərin Azərbaycan hissəsində balıqçı qayığı çevrilib, ölənlər var

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Xəzərin Azərbaycan hissəsində balıqçı qayığı çevrilib, iki nəfərin cəsədi aşkar edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində, sahildən 10 km aralıda dənizdə çevrilmiş qayığın aşkarlanması barədə məlumat daxil olub.

FHN-in dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb ediliblər.

Görülən tədbirlər nəticəsində aprelin 21-də günün müxtəlif saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində, sahildən 3 km aralıda 1989-cu il təvəllüdlü Bəylər Mövlanverdi oğlu Hətəmov və 1980-cı il təvəllüdlü Pavel Viktoroviç Vasilyevin cəsədləri suda aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Hazırda hadisə zamanı qayıqda olduğu ehtimal edilən digər 2 şəxsin axtarışları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti