Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin gizirindən heroin götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildirilib ki, aprelin 27-də saat 02:10 radələrində, Yardımlı rayonunun Sırıq kəndi ərazisində Şəki Şəhər-Rayon Polis Şöbəsi Sarıcalı polis bölməsinin məsul növbətçisi, polis kapitanı İlham Əhmədovun idarə etdiyi "VAZ-21074" markalı, AZ 10-OE-704 dövlət nömrə nişanlı avtomaşın Yardımlı rayon Polis Şöbəsi əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.
Avtomaşında olan sərnişin - Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin giziri Əlibaba Nasir oğlu Vəlupurdan 710 qram heroin götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
Azərbaycan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin gizirindən heroin götürülüb
Azərbaycan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin gizirindən heroin götürülüb
